1 / 3
Korporativ · 2025
Seabreeze
Seabreeze Resort, Bakı
- Materiallar
- Emal olunmuş palıd, toz boyalı metal, outdoor tekstil
- Müddət
- 10 həftə
- İl
- 2025
Seabreeze kurortunun açıq və yarı-açıq məkanları üçün dəniz iqliminə davamlı mebel dəsti hazırladıq. Palıd səthlər UV və nəmə qarşı emal olundu, metal ayaqlar isə toz boya ilə qorundu. Lounge və restoran zonaları eyni material dilində saxlanıldı ki, qonaq axını bir məkandan digərinə keçəndə vizual bütünlük pozulmasın. İstehsal emalatxanamızda, montaj isə mövsüm önü qısa pəncərədə gecə növbələri ilə tamamlandı.
Görülən işlər
- Restoran masa və oturacaq dəstləri
- Lounge zonası və bar oturacaqları
- Outdoor-dayanıqlı səth emalı
- Yerində montaj və son tənzimləmə


